AZ

Kanada Mərkəzi Bankı faiz dərəcələrini ardıcıl üçüncü dəfə dəyişməz saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Mərkəzi Bankı faiz dərəcələrini ardıcıl üçüncü dəfə dəyişməz saxlayıb.

Banco.azxəbər verir ki, Kanada Mərkəzi Bankı (BoC) ardıcıl üçüncü iclasında uçot faiz dərəcəsini 2,25 faiz səviyyəsində sabit saxlayıb.

Bankın yaydığı açıqlamada faiz dərəcəsində hər hansı dəyişiklik edilmədiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, gecəlik faiz dərəcəsi 2,25 faiz, bank faizi 2,50 faiz və depozit faizi isə 2,20 faiz səviyyəsində qorunub saxlanılıb.

Sənəddə Yaxın Şərqdə baş verən müharibənin qlobal enerji qiymətlərini və maliyyə bazarlarındakı dalğalanmanı artıraraq dünya iqtisadiyyatı üçün riskləri yüksəltdiyinə diqqət çəkilib. Münaqişənin miqyası və davametmə müddətindən asılı olaraq iqtisadi təsirlərinin hələ də böyük ölçüdə qeyri-müəyyən qaldığı vurğulanıb.

Açıqlamada həmçinin qeyd olunub ki, münaqişə başlayandan bəri qlobal neft və təbii qaz qiymətləri kəskin şəkildə artıb və bu vəziyyət qısa müddətdə dünya üzrə inflyasiyanın yüksəlməsinə səbəb olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
34
1
banco.az

2Mənbələr