Norveçdə 16 milyon tonluq nadir torpaq elementlərinin olduğu yataq aşkar edilib.Metbuat.az xəbər verir ki, bu rəqəmin yalnız bir ölkənin deyil, bütün Avropa qitəsinin taleyini dəyişdirəcək qədər böyük olduğu bildirilir. Məlumata görə, Telemark bölgəsindəki kəşf, qitənin Çin və Rusiyadan asılılığına son qoymaq potensialına malikdir. Bildirilir ki, geoloji tədqiqatlar Telemark bölgəsinin Avropanın ən böyük nadir torpaq elementi yatağına sahib olduğunu ortaya qoyub. Mütəxəssislər bölgədəki ehtiyatların əvvəllər təxmin edilən rəqəmlərdən təxminən iki dəfə çox, 16 milyon tona çatdığını bildiriblər. Bildirilir ki, nadir elementlər müasir sənayedə mühüm yer tutur. Hazırda Avropa Birliyi nadir torpaq elementləri tədarükünün 95%-ni Çin, Malayziya və Rusiya kimi ölkələrdən həyata keçirir.