AZ

Tramp dəniz gəmiçiliyi qanununu 60 gün müddətinə dayandırdı

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Amerika limanları arasında gəmiçilik şirkətlərinə dəniz yük daşımalarını məhdudlaşdıran federal qanunvericiliyi dayandırıb. Newscenter.az TASS-a istinadən bildirir ki, bu qərar ABŞ-da İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcından bəri kəskin şəkildə artan yanacaq qiymətlərini aşağı salmaq cəhdi ilə qəbul edilib.Ağ Evin mətbuat katibi Kerolin Livittinin dediyinə görə, Amerika lideri yuxarıda qeyd olunan qanunvericiliyi iki ay müddətinə dayandırıb. O, X-də bunları yazıb:"Prezident Trampın Cons Qanununu 60 gün müddətinə dayandırmaq qərarı neft bazarındakı pozuntuların həlli istiqamətində daha bir addımdır".Ağ Ev sözçüsü əlavə edib ki, bu tədbir neft, təbii qaz, gübrə və kömür kimi əsas resursların ABŞ limanlarına 60 gün ərzində sərbəst hərəkətini təmin edəcək. Anar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
newscenter.az

2Mənbələr