ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
Bu gün "Neftçi”nin yaradılmasından 89 il ötür. "Football-plus.az" xəbər verir ki, Azərbaycanın ən köklü klubu 1937-ci ildə yaradılıb, 1968-ci ilədək “Neftyanik” adlandırılıb. Rəngləri “ağ-qara” olan komandanın “flaqman”, “xalq komandası” və “neftçilər” kimi ləqəbləri var.“Neftçi” yaradıldığı 1937-ci ildə SSRİ çempionatında çıxış edib. İlk dəfə 1949-cu ildə SSRİ çempionatının güclülər dəstəsində iştirak etmək hüququ qazanan “flaqman” 1950, 1960-1972, 1977-1988-ci illərdə də bu dəstədə mübarizə aparıb. Komanda bu dönəmdə ən böyük uğuruna 1966-cı ildə 3-cü yeri tutaraq bürünc medallar qazanmaqla imza atıb. “Ağ-qaralar” 1967, 1968, 1970, 1971-ci illərdə SSRİ Kubokunun yarımfinalçısı, 1988-ci ildə isə SSRİ Futbol Federasiyası Kubokunun finalçısı olub. Ölkədə ən böyük azarkeş ordusuna malik olan “Neftçi” 9 dəfə – 1992, 1996, 1997, 2004, 2005, 2011, 2012, 2013 və 2021-ci illərdə ölkə çempionatının qızıl medallarına sahib çıxıb. “Xalq komandası” 6 dəfə ölkə kubokunun (1995, 1996, 1999, 2004, 2013, 2014), 2 dəfə isə Superkubokun (1993, 1995) qalibi olub. 2006-cı ildə isə “Birlik Kuboku”nu başı üzərinə qaldırıb. “Neftçi” 2012/13 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu tarixində ilkə imza atıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.