AZ

Türkiyəli futbolçu bundesliqada son 5 həftədə 4 cü dəfə rəmzi heyətə düşdü

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bu mövsüm ''Hoffenhaym''da diqqətçəkən performans sərgiləyən Ozan Kabak adından söz etdirməkdə davam edir. "Football-plus.az" xəbər verir ki, türkiyəli mərkəz müdafiəçisi son turda ''Volfsburq''la ev oyununda (1:1) 90 dəqiqə meydanda oldu. Bundesliqanın rəsmi saytında fanatlar arasında keçirilən səsvermədə o, turun rəmzi yığmasına düşməyi bacarıb. Ən maraqlısı odu ki, Ozan bunu son 5 turda artıq 4-cü dəfə bacarıb! Bu ay Türkiyə yığmasına dəvət alacağı gözlənilən 25 yaşlı futbolçu bu mövsüm bundesliqada iştirak etdiyi 17 qarşılaşmada 4 qol vurub. ''Qalatasaray''ın yetirməsi olan və 2022-dən ''Hoffenhaym''ın şərəfini qoruyan Kabak böyük ehtimalla bu yay klubunu dəyişəcək. Çünki onun ''Hoffenhaym''la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
icma.az

2Mənbələr