AZ

“Qarabağ” “Zirə”nin müqavimətini asanlıqla qırdı

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Zirə - Qarabağ (Ağdam) 1:3 (0:1)97. Tyaqo Silva – 5,525. Enrike Kustodio – 6,04. Ruan Renato (k) - 6,05. Ange Mutsinzi – 5,514. Elçin Əlicanov - 5,5(21. Hacıağa Hacılı, 56) - 4,58. İsmayıl İbrahimli - 5,530. Rikardo Martins – 5,511. Junior Martins – 5,5(22. Eren Aydın, 63) - 5,093. Brahim Konate – 5,5(10. Giorgi Papunaşvili, 63) - 4,57. Rövlan Muradov – 6,0(29. Ceyhun Nuriyev, 56) - 6,59. David Volkov – 5,5(28. Leroy Mikels, 76) - qiymətsizEhtiyat oyunçular13. Aydın Bayramov26. Stefan Aka20. İssa Cibrila6. Eldar Quliyev73. Anatoli Nuriyev19. Rüfət Abdullazadə70. Namik ƏləskərovBaş məşqçi: Rəşad SadıqovKomandanın ən yaxşısı: Ceyhun Nuriyev99. Mateuş Koxalski – 6,044. Elvin Cəfərquliyev - 6,0(27. Toral Bayramov, 90+2)81. Kevin Medina – 4,02. Mateus Silva – 5,518. Dani Bolt – 5,5(30. Abbas Hüseynov, 90+2)9. Xoni Montiel – 6,5(8. Marko Yankoviç, 73) - 4,535. Pedro Bikalyo – 6,010. Abdulla Zubir (k) - 6,0(22. Musa Qurbanlı, 85) - qiymətsiz15. Leandro Andrade – 5,5(11. Emmanuel Addai, 90+2) – qiymətsiz20. Kadi Borges – 6,517. Kamilo Duran – 7,0Ehtiyat oyunçular97. Fabian Buntiç89. Amin Ramazanov55. Bədavi Hüseynov77. Ramil Şeydayev24. Jeremi Qnali32. Hikmət Cəbrayılzadə21. Aleksey KaşukBaş məşqçi: Qurban QurbanovKomandanın ən yaxşısı: Kamilo Duran Qollar: X.Montiel, 22 (0:1). K.Duran, 55 (0:2, E.Cəfərquliyev). C.Nuriyev, 70 (1:2). K.Borges, 72 (1:3, K.Duran).Vərəqə: E.Kustodio, 66 (qeyri-idman hərəkəti) - sarı.Hakimlər: FƏRİD HACIYEV, Namiq Hüseynov, Rəhman İmami, Nicat İsmayıllı (hamısı Bakı).VAR hakimi: Emin Əliyev (Bakı).Hakim-inspektor: Rəhim Həsənov (Bakı).AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).13 mart. Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı (1200 yerlik).Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 6,5.Ardıcıl üçüncü mövsüm avrokuboklara qatılmaq istəyən “Zirə” qarşısına çempionluq hədəfi qoyan, bu yolda “Sabah”la mübarizə aparan “Qarabağ”ı qəbul etdi. Matç qonaqların hücumu ilə başladı. 4-cü dəqiqədə Montiel təxminən 30 metrdən qapıya zərbə endirdi, Tyaqo topu dəf etdi, Renato təhlükəni sovuşdurdu. 18-ci dəqiqədə Mateus Konateyə qarşı kobud oynadı, ən azı belə göründü. VAR təxminən dəqiqəyarım epizodu incələyəndən sonra “davam” işarəsi verdi. 22-ci dəqiqədə “Qarabağ” hesabı açdı. Xoni uzaqdan qapıya baxımlı zərbə endirdi və top qapıya daxil oldu. 28-ci dəqiqədə “Zirə” bu qola cavab verə bilərdi. Medinanın kobud səhvində sonra Rövlan topu ələ keçirdi, lakin olduqca inamsız zərbə endirdi. Bu hücumun ardından Elvinin asmasından sonra top Renatonu da keçdi, Duran başla zərbə endirdi. Tyaqo topu çıxara bilməsə də, ən yaxın dostu - dirək imkan vermədi. Matç “Qarabağ”ın dominantlığı ilə keçirdi. Lakin 41-ci dəqiqədə “Zirə” hesabı bərabərləşdirə bilərdi. Künc zərbəsindən sonra asmanı Koxalki çıxardı, Volkovun zərbəsi isə qapıya çatmadı. İkinci hissə də Qurbanovun komandasının üstünlüyü ilə başladı. 55-ci dəqiqədə Elvin cərimə meydançasına daxil olaraq qapı qarşısına ötürmə verdi. Nəzarətsiz qalan Duran çətinliklə də olsa, topu qapıdan keçirməyi bacardı. Bu qoldan sonra oyunda temp xeyli düşdü. 70-ci dəqiqədə “Zirə” vurulan qollardan birinin əvəzini çıxdı. Medinanın kobud səhvini Ceyhun bağışlamadı. Qoldan dərhal sonra “Qarabağ” hücuma atıldı. 71-ci dəqiqənin tamamında Elvinin ötürməsindən sonra Zubir yüzdəyüz qol imkanını qaçırdı. Bir qədər sonra Duran ara ötürməsi ilə Kadini zərbə mövqeyinə çıxardı və hesab 1:3 oldu. Bundan sonra qapılara qol vurulmadı. İnamlı qələbə qazanan “Qarabağ” “Zirə”nin təqibini davam etdirir.Gözdən qaçmadı// 44-cü dəqiqədə Rəşad Sadıqov xətti təxminən metryarım tapdalayıb, meydana girdi.// Oyundan sonra azyaşlı azarkeşlər və valideynləri Rəşad Sadıqovun maşınının yanında onu gözləyirdilər ki, şəkil çəkdirsinlər, sonda istəklərinə nail oldular.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
1
icma.az

2Mənbələr