AZ

Varlığı ilə yoxluğu bilinməyən müğənnimiz Orxan Saffari yazır…

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycan musiqisində varlığı ilə yoxluğu bilinməyən, olması ilə olmaması arasında heç bir fərq olmayan, indən belə yüz il də oxumasa boşluğu qəti şəkildə hiss edilməyən bir müğənnimiz də Bilal Əliyevdir.

Bilal Əliyev sima olaraq yadda qalan obraz olsa da, sənətçi olaraq qətiyyən belə deyil.

Məsələn, bu gün onun adı gələndə yada düşən tək məsələ mərhum prezident Heydər Əliyevin adına oxuduğu mahnıdır.

Bundan başqa, demək olar ki, heç bir ifa onu xatırlatmır. Hətta bunu Bilal Əliyevin özü də yaxşı bildiyi üçün, zaman-zaman ancaq bu mahnı barəsində danışır.

Bilal Əliyev xüsusilə son illər sənətçi duruşunu da sosial şəbəkədə məhv etməklə məşğul oldu. Yenə indiyədək birtəhər yola vermək olurdusa, artıq o da mümkün deyil. O vaxta qədər çox adam elə bilirdi ki, nəsə bir efir etikası var.

O, hətta mədəniyyət adamına xas olmayan hərəkətlər etdi, gah “tırka”-ya gedib pullar göstərdi, gah da sosial şəbəkədə ona rəy yazan adamları ağır formada təhqir etdi. Bu isə onun həqiqi üzünü, sahib olduğu sənətçi etikasını açıq-aşkar göstərdi.

Sevindirici haldır ki, ölkədə onun adını ustad olaraq tutan gənc müğənni yoxdur.

Böyük xoşbəxtlikdir ki, yenə heç kim də Bilal Əliyevə oxşamaq istəmir.

Halbuki ömrünü səhnədə keçirən adama heç olmasa, bir-iki nəfər də olsa rəğbət bəsləməli, ifaçı kimi adını tutmalıdır. Ancaq İngilis dilinə də ağır zərbə vuran Bilal Əliyevə qarşı belə münasibət yoxdur. Allaha min şükür.

Məsələn, heç bu günə kimi kimsə efirdə çıxıb deyibmi ki, burada ustad, böyük sənətkar, korifeyimiz Bilal Əliyevə salam göndərirəm? Ya nə bilim, nümunə götürdüyüm ifaçı odur?

Ancaq maraqlı haldır ki, Bilal Əliyev səhnədə duruş gətirə bilib. Yəni bütün bunlara baxmayaraq, onu belə toylarına çağıran, xoş günündə görmək istəyən adamlar var.

Fəqət başa düşmək olmur ki, Bilal Əliyevin oxumağı adama hansı mənəvi həzzi verə bilər?

Zövqlərin müxtəlifliyini başa düşmək olar, ancaq Bilal Əliyevin ifalarını sevmək müxtəliflik yox, daha çox qəribəliklikdir.

Nə darıxanda, nə şənlənəndə-heç bir təbii insani halda musiqilərinə ehtiyac duyulmayan, hansısa ifası yada düşməyən bu ifaçı necə olur ki, kimlərinsə xoşuna da gəlir?

Əslində, Bilal Əliyevin hələ də Azərbaycan musiqisində fəaliyyət göstərməyi Azərbaycan xalqının, zövqünün problemidir.

Boşluq dövrünün müvəqqəti populyarı olan Bilal Əliyev həmin boşluq dövrü bitəndə tamamilə unudulmalı olsa da, kimlərsə tərəfindən yenə də xatırlandı.

Əks halda, ifaları səslənsə də eşidilməyən, bitsə də yadda qalmayan Bilal Əliyev adı Azərbaycan musiqisinə yapışmamalı idi.

Konkret desək, Bilal Əliyev səhnədə var, amma musiqidə yoxdur.

O görünür, amma hiss olunmur.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
icma.az

1Mənbələr