AZ

Prezidentin gəlini “Çərçivədən kənar” adlı sərgidə iştirak etdi

Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb.

Publika.az xəbər verir ki, martın 18-i baş tutan tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Alena Əliyeva, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Tədbir “SOCAR Midstream Gas Operations” şirkətinin təşəbbüsü və dəstəyi, “DADDI” sosial sahibkarlıq müəssisəsinin təşkilatçılığı, bp, PAŞA Holdinq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, YARAT Müasir İncəsənət Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, SOCAR MGO-nun icraçı direktoru Polad Rüstəmov, Paşa Holdinqin Baş icraçı direktorun müavini Səidə Baxşıyeva, bp AGT-nin xarici əlaqələr şöbəsinin rəhbəri Günəş Əliyeva, DADDI Sosial Sahibkarlıq müəssisəsinin təsisçisi Məhbubə Əliyeva çıxış ediblər.

Çıxışlar zamanı daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyəti, onların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyi və bu istiqamətdə müxtəlif qurumlar arasında əməkdaşlığın rolu vurğulanıb.

Seçilən
38
24
publika.az

10Mənbələr