AZ

“Arşın mal alan” Vyanada səhnələşdirildi

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin payızında Vyana şəhərində Azərbaycan musiqi mədəniyyətinin incilərindən biri dahi bəstəkar Üzeyir Hacıbəylinin Arşın mal alan əsəri yeni və müasir bir təqdimatda səhnələşdirilib.

Gununsesi.info bildirir ki, Dahi bəstəkar Üzeyir Hacıbəylinin bu məşhur operettası bu dəfə Avstriya sənətçiləri tərəfindən müzikl formatında hazırlanaraq tamaşaçılara təqdim olunub.

Tamaşa Alman və Azərbaycan dillərində səsləndirilməsi ilə seçilib və bu xüsusiyyət onun daha geniş auditoriya tərəfindən anlaşılmasına şərait yaradıb.

Səhnə quruluşu, musiqi tərtibatı və aktyor oyunu izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Bu layihə Azərbaycan mədəniyyətinin Avropada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu uğurlu təşəbbüs Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmışdır.

Sözügedən tamaşadan parçalar 2026-cı ilin Novruz bayramı ərəfəsində yenidən mədəniyyət mərkəzində nümayiş etdirilib. Tamaşadan təqdim edilən parcalar tamaşaçıların böyük marağına səbəb olubdur.

Mərkəzin fəaliyyəti çərçivəsində milli irsimizin təbliği istiqamətində mühüm layihələr davamlı olaraq reallaşdırılır.

https://vt.tiktok.com/ZSu4Q2DVg/

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
icma.az

3Mənbələr