2026-cı ilin may ayı üçün "Brent" markalı neftin qiyməti Londonun ICE birjasında 2025-ci il 9 martdan bəri ilk dəfə 111 dolları ötüb.
“İki sahil” xəbər verir ki, bu barədə Oxu.Az ticarət məlumatlarına istinadən məlumat yayıb.
Bakı vaxtı ilə saat 00:20-yə olan məlumata görə, neftin qiyməti 111.19 dollar (+7.43%) təşkil edib.
Saat 00:23-ə isə artım tempi zəifləyərək, 110.86 dollar (+7.11%) səviyyəsində olub.