İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üçün yeni rejim tətbiq edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
İran və Oman strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin keçidini tənzimləyən yeni qaydaların müəyyən edilməsi barədə razılığa gəliblər.
Bu addım regionda gərginliyin artdığı və naviqasiya təhlükəsizliyinin ön plana çıxdığı bir vaxtda atılıb.
Yeni rejimin detalları hələlik tam açıqlanmasa da, məqsədin su yolunda sabitliyi təmin etmək olduğu bildirilir.
Oman xarici işlər naziri Badr bin Həməd əl-Busaidi isə mövcud vəziyyətlə bağlı ABŞ-nin müttəfiqlərinə çağırıq edib.
O, “Amerikanın dostları onu bu qeyri-qanuni müharibədən çıxarmağa kömək etməlidirlər” deyərək, beynəlxalq ictimaiyyəti hərbi münaqişənin dayandırılması üçün aktiv addımlar atmağa səsləyib.
Xuraman Etibarlı
İnterpress.az