AZ

Yaxın vaxtlarda işini itirəcək şəxslər açıqlandı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadiyyatın rəqəmsallaşması və süni intellekt iş dünyasını kökündən dəyişdirir.Demokrat.az xəbər verir ki, “Edtech” platforması Defin və AIM-in rəhbəri Natalya Ivanova bildirib ki, ən çox risk altında olanlar təkrarlanan rutin işlərlə məşğul olan orta səviyyəli ofis işçiləri və junior IT mütəxəssisləridir. Bu sahələrdə işlərin böyük hissəsi artıq avtomatlaşdırıla bilir.Əvəzində əl işinə əsaslanan peşələr, məsələn, elektrik, santexnik və təmir ustaları daha çox tələb olunacaq, çünki onları robot və alqoritmlərlə əvəz etmək çətindir.Ekspert işsiz qalmamaq üçün tövsiyələrini belə sıralayıb:Rutin işləri avtomatlaşdırın – süni intellektdən istifadə edərək vaxtınızı daha mürəkkəb və yaradıcı işlərə ayırın.

Çoxşaxəli bacarıqlar qazanın – əsas peşənizə əlavə olaraq analitika, dizayn və ya layihə idarəçiliyi öyrənin.

Kommunikasiya bacarıqlarınızı inkişaf etdirin – nailiyyətlərinizi və planlarınızı rəhbərliyə açıq göstərin.

Proaktiv olun – tələb olunan işdən bir qədər artıq iş görün, məsələn, hesabat hazırlamaqla kifayətlənməyib əlavə analiz təqdim edin.Natalya Ivanova vurğulayıb ki, aktiv və inkişaf etməyə hazır işçiləri heç bir rəhbər işdən çıxarmaq istəməz. İlin sonu isə özünüzü göstərmək və gələn il üçün planlarınızı paylaşmaq üçün ideal fürsətdir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
demokrat.az

1Mənbələr