AZ

İranın zərbələri ABŞ radarlarını “kor etdi”

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Peyk görüntülərinə görə, İranın cavab zərbələri ABŞ və müttəfiqlərinin radarlarını vurub

Peyk görüntülərinə əsasən, İranın cavab zərbələri nəticəsində ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinə məxsus ən azı 10 radar qurğusu zərər görüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, İran və dəstəklədiyi qruplar ABŞ-nin erkən xəbərdarlıq sistemlərinin əsasını təşkil edən raketdən müdafiə infrastrukturunu hədəf alıb.

28 fevraldan bəri bölgədə gərginliyin artması fonunda həyata keçirilən hücumlarda nadir torpaq elementlərinə əsaslanan və yüz milyonlarla dollara başa gələn radar sistemlərində zərər qeydə alınıb.

Qeyd edilib ki, radarların vurulması raketdən müdafiə imkanlarını tamamilə aradan qaldırmasa da, sistemləri “qismən kor edir” və erkən xəbərdarlıq qabiliyyətini zəiflədir.

Məlumata görə, İranın cavab zərbələri ABŞ və müttəfiqlərinə məxsus ən azı 25 hədəfi, o cümlədən, logistika strukturları, anqarlar, yanacaq saxlama sahələri və THAAD raketdən müdafiə sistemlərini dəstəkləyən AN/TPY-2 radar komponentlərini əhatə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
127
2
qafqazinfo.az

3Mənbələr