AZ

Avropa ölkəsi hərbçilərini təxliyə edir

İspaniya NATO missiyasının bir hissəsi olaraq İraqda yerləşdirilən hərbi qulluqçularını təxliyə edir. Metbuat.az xəbər verir ki, bu barədə İspaniya mediası müdafiə naziri Marqarita Roblesə istinadən məlumat paylaşıb. Məlumata görə, NATO təhlükəsizlik səbəbinə görə İraqdakı missiyasını yenidən təşkil etmək barədə qərar verib.

Xəbərdə deyilir ki, NATO-nun qərarından sonra İspaniya da İraqdakı hərbi qulluqçularının təxliyəsinə və yenidən yerləşdirilməsinə hazırlaşır.

Seçilən
113
metbuat.az

1Mənbələr