AZ

Xəstələrin cibinə belə girilir: əməliyyat olunmaq üçün…

2022–2025-ci illər arasında dövlət tibb müəssisələrində protez və metal avadanlıqların satınalınması ilə bağlı heç bir tender prosedurunun keçirilmədiyi bildirilir.

NOCOMMENT.az-a məlumat verən mənbə qeyd edib ki, tenderlərin təşkil olunmaması nəticəsində xəstəxanalarda protez əməliyyatları üçün tələb olunan metal konstruksiyalar, lövhələr və digər avadanlıqların təminatında ciddi boşluq yaranıb. Bu səbəbdən əməliyyat olunacaq şəxslər lazım olan bütün metal konstruktorları öz vəsaitləri hesabına almağa məcbur edilir.

Mənbənin sözlərinə görə, bu vəziyyət həm xəstələrin maliyyə yükünü artırır, həm də bəzi hallarda əməliyyatın gecikməsinə və ya tamamilə baş tutmamasına gətirib çıxarır. Adıçəkilən materialların qiymətinin yüksək olması səbəbindən çoxsaylı şikayətlərin daxil olduğu bildirilir.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına ünvanladığımız sorğuya hələ ki cavab verilməyib.

Sara
NOCOMMENT.az

Seçilən
96
nocomment.az

1Mənbələr