AZ

İranda yanvar etirazlarının iştirakçıları edam edilib Onlar polis qətlində ittiham olunublar

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranda yanvar ayında baş verən etiraz aksiyalarının üç iştirakçısı, iki polis əməkdaşının qətlində təqsirli bilinərək edam edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, məhkum olunan şəxslər yanvarın 7-də Qum vilayətində keçirilmiş hökumət əleyhinə nümayişlər zamanı iki hüquq-mühafizə orqanı əməkdaşını öldürdüklərini etiraf ediblər. Onlar həmçinin “İsrail və ABŞ-ın maraqları naminə fəaliyyət göstərməkdə” də ittiham olunublar, lakin bu fəaliyyətin nədən ibarət olduğu açıqlanmayıb.

İranda iğtişaşlar 29 dekabr 2025-ci ildə İran rialının kəskin ucuzlaşması səbəbilə başlayan küçə etirazlarından sonra başlayıb və qısa müddətdə ölkənin əksər iri şəhərlərinə yayılıb. Hakimiyyət orqanlarının bildirdiyinə görə, hadisələr zamanı təxminən 40 hüquq-mühafizə əməkdaşı həlak olub.

Yanvarın 8-dən etibarən, xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, etirazçılar arasında silahlı terrorçu qruplar da fəaliyyət göstərməyə başlayıb. İran hakimiyyəti iğtişaşların təşkilinə görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
icma.az

1Mənbələr