AZ

Tramp İranı "Cənubi Pars" qaz yatağını partlatmaqla HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp İsrailin artıq İranın Cənubi Pars qaz yatağına hücum etməyəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" hesabında paylaşım edib.

O qeyd edib ki, İsrail bu qaz yatağına “qəzəb içində” hücum edib və ABŞ-nin bundan xəbəri olmayıb.

ABŞ Prezidenti vurğulayıb ki, Qətər hücumda heç bir rol oynamayıb və İran tərəfindən ədalətsiz şəkildə hədəf alınıb. O əlavə edib ki, İran Qətərə yenidən hücum edəcəyi təqdirdə ABŞ cavab verəcək və bunu görünməmiş güclə həyata keçirəcək.

Tramp həmçinin bildirib ki, İsrail yalnız İran hücumlarını dayandırarsa bu strateji qaz yatağına zərbə endirməyəcək. Bununla yanaşı, o qeyd edib ki, belə genişmiqyaslı dağıntı yaratmaq istəmir, çünki bunun İran üçün uzunmüddətli nəticələri ola bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
31
redaktor.az

1Mənbələr