AZ

İranın Qətərin Ras-Laffan sənaye zonasına endirdiyi zərbələr nəticəsində baş vermiş yanğınlar lokallaşdırılıb

İranın Qətərin Ras-Laffan sənaye zonasına atdığı ballistik raketlər nəticəsində baş vermiş bütün yanğınlar uğurla lokallaşdırılıb, tələfat yoxdur.

APA xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hazırda yanğınsöndürmə briqadaları və partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər hadisə yerində işlərini davam etdirirlər.

Seçilən
57
4
apa.az

5Mənbələr