İsraildə son sutkada İranın raket və dron hücumlarında xəsarət alan 177 nəfər xəstəxanaya yerləşdirilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onların əksəriyyətinin səhhəti yaxşı qiymətləndirilir, bir nəfərin vəziyyəti isə kirtikdir.
Beləliklə, İranla müharibə başlayandan bəri İsraildə ümumilikdə 3 924 nəfər xəstəxanaya yerləşdirilib.
Onların böyük hissəsi müalicə olunaraq evə buraxılıb, 74 nəfərin isə müalicəsi davam etdirilir.
"Cebheinfo.az"