AZ

“Elmi etika kodeksi” təsdiqlənib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 19 mart, AZƏRTAC

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, iclasda 35 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim olunmuş, Şuranın katibliyi tərəfindən sistemləşdirilmiş 150-dən çox dissertasiya mövzusu üzrə rəy və təkliflərə baxılıb. Müzakirələrin yekununda mövzular açıq səsvermə yolu ilə təsdiq edilib.

Daha sonra elmi ictimaiyyət üçün etik qaydaları və akademik dürüstlük prinsiplərini özündə əks etdirən “Elmi etika kodeksi”nin layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə təsdiqlənib.

İclasda, həmçinin ölkədə doktorantura təhsilinin keyfiyyətinin artırılması məqsədilə tədqiqat layihəsinin həyata keçirilməsi və müvafiq tövsiyə sənədinin hazırlanması qərara alınıb.

Sonda Şuranın iclaslarında müzakirəyə çıxarılacaq qərar layihələrinin hazırlanması, habelə qəbul olunmuş qərarların icrasına nəzarətin təmin edilməsi məqsədilə işçi qrupun yaradılması məsələsinə baxılıb, tərkiblə bağlı təkliflər irəli sürülüb və müvafiq qərar qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
7
azertag.az

8Mənbələr