AZ

80 yaşı tamam olan məmurlar və deputatlar SİYAHI

ain.az bildirir, Unikal.az portalına istinadən.

Azərbaycanda bəzi məmurlarn və deputatların yaşının çox olması hər zaman ictimaiyyətin marağında olan bir mövzudur. Belə ki, hazırda məmurlar və Milli Məclisin VII çağırış deputatları arasında da yaşı 80-ə çatan şəxslər var.

"Unikal" 80 yaşı tamam olan məmurların və deputatların siyahısını təqdim edir:

Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə dünyaya gəlib. 2025-ci ilin oktyabrın 24-də onun 80 yaşı tamam olub.

Baş nazirin köməkçisi olan Əhməd Əhmədzadə də 1945-ci ildə anadan olub. 2025-ci ilin yanvar ayının 7-də onun 80 yaşı tamam olub. 

Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı olan Ziyad Səmədzadə parlamentin ən yaşlı üzvüdür. Belə ki, o, 25 iyun 1940-cı il tarixində doğulub. "Ağsaqqal deputat" 2026-cı ildə 86 yaşını qeyd edəcək.

Yaşı 80-ə çatan Milli Məclisin daha bir üzvü isə Polad Bülbüloğludur. 9 fevral 1945-ci il təvəllüdlü Rusiyadakı sabiq səfirimiz 2024-cü ildə Milli Məclisin VII çağırış deputatı seçilib. P.Bülbüloğlu həmçinin Milli Məclisin I çağırış deputatı olub.

Milli Məclisin bütün çağırışlarında deputat seçilən Eldar İbrahimovun isə 2025-ci ilin mart ayının 12-də 80 yaşı tamam olub. 

Bu gün 80 yaşını qeyd edən millət vəkili Mixail Zabelin də Milli Məclisin bütün çağırışlarında deputat seçilib. O, 19 mart 1946-cı ildə dünyaya gəlib. M.Zabelin ötən gün Prezident İlham Əliyevin Sərəncamına əsasən, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Hazırladı: Murad İbrahimli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
1
unikal.az

2Mənbələr