Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev deputat Mixail Yuryeviç Zabelini 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Rəsmi sərəncamda Mixail Zabelinin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunduğu qeyd edilib.
Bu gün 80 yaşını qeyd edən Mixail Yuryeviç Zabelin kimdir?
Xəbər verilir ki,Mixail Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya bölməsini, Bakı Ali Partiya Məktəbi və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun isə Sovet quruculuğu bölməsini bitirib.
O,demək olar ki,ömrünün böyük bir hissəsini ictimai-siyasi fəaliyyətlə məşğul olmaqla keçirib.Müxtəlif sahələrdə çalışan Mixail Zabelin 06.10.1994-cü ildə Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyevin qərarı ilə Milli Məclisin üzvü seçilmişdir. Milli Məclisin İnsan hüquqları və millətlərarası münasibətlər Komissiyasının üzvü olmuşdur.O,demək olar ki,Milli Məclisin bütün çağırışlarında deputat seçilmişdir.2020-ci il fevralın 9-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq 34 saylı Xətai II dairəsindən Milli Məclisin VI çağırış deputatı seçilib.