Aİ-nin Yaxın Şərqə kömək etmək imkanı yoxdur .
İnterpress.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Simmerman məlumat yayıb.
Ştrak-Simmerman RBB24-Inforadio efirində çıxış edərək, Avropa İttifaqının Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasında iştirakını qəti şəkildə istisna edib. O bildirib ki, ABŞ prezidentinin Avropanı bu prosesə cəlb etmək istəyi hərbi nöqteyi-nəzərdən anlaşılan olsa da, Avropanın buna obyektiv imkanları çatımır.
Komitə sədri vurğulayıb ki, hazırda Qırmızı dənizdə ticarət gəmilərini qoruyan “Aspides” missiyasının genişləndirilməsi təklifləri real deyil. Onun sözlərinə görə, həmin bölgədə cəmi “iki gəmi yarım” (İtaliya, Yunanıstan və müvəqqəti olaraq Fransa briqadası) mövcuddur və bu missiyanın mandatı tamamilə fərqlidir. Ştrak-Simmerman əlavə edib ki, Hörmüz boğazı kimi genişmiqyaslı əməliyyat üçün kifayət qədər gəmi, logistika və hərbi hava qüvvələri yoxdur. “Bunu tələb edənlər hərbi proseslərin necə getdiyindən xəbərsizdirlər”, — deyə deputat qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az