ABŞ prezidentinin fəaliyyəti iqtisadi problemlər və İranla müharibə fonunda rekord səviyyədə tənqid olunur...
ABŞ prezidenti Donald Trampın seçicilər arasında dəstək səviyyəsi son dövrlərdə kəskin şəkildə azalıb.
Poliqon xəbər verir ki, bu barədə Newsweek jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin İranla müharibəsi və eyni zamanda ölkə daxilində qiymət artımları fonunda prezidentin reytinqi rekord aşağı səviyyəyə düşüb.
Sorğuların nəticələrinə əsasən, Trampın fəaliyyətini yalnız 38 faiz amerikalı müsbət qiymətləndirir, 59 faiz isə onun işindən narazıdır.
Bundan əlavə, prezidentin iqtisadi siyasəti ilə bağlı göstəricilər də ciddi şəkildə pisləşib. Belə ki, iqtisadi məsələlər üzrə fəaliyyətinə verilən qiymət mənfi 29 bəndə enib ki, bu da onun prezidentliyi dövründə ən aşağı göstərici hesab olunur.
Qeyd edilir ki, bu nəticə hətta COVID-19 pandemiyası dövründə qeydə alınan göstəricilərdən də aşağıdır.
Analitiklər hesab edirlər ki, artan inflyasiya, enerji qiymətlərində yüksəliş və xarici siyasətdə gərginlik ABŞ daxilində ictimai narazılığı artırır və bu, prezidentin siyasi mövqeyinə ciddi təsir göstərir.
Poliqon.info