AZ

Tanınmış jurnalistin səhhəti PİSLƏŞDİ FOTO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xaçmazda yaşayan müstəqil ekspert, “Şimal xəbərləri”nin baş redaktoru, sabiq icra başçısı Müqəddəs Mehdiyev 97 gündür ki, sağlamlıq problemləri ilə üzləşib. Ötən ilin dekabrında ayağının topuq nahiyəsində qəfildən başlayan şiddətli ağrılar səbəbindən yerimək qabiliyyətini itirib. İlkin yardım Quba Mərkəzi Xəstəxanasında nevropatoloq Könül Məmmədova tərəfindən göstərilib, lakin ağrılar qısa müddət sonra yenidən güclənib.

 

Problemi həll etmək üçün Mehdiyev Türkiyənin İstanbul şəhərindəki Memorial Xəstəxanasının nevropatoloqu Türker Şahner ilə video əlaqəsi saxlayıb. Türk həkim tarsal tunel sindromu diaqnozu qoyub və müvafiq dərman müalicəsi ilə ağrılar qısa zamanda aradan qalxıb.

Fevralın 26-da isə Müqəddəs Mehdiyev qəfil ürək ağrıları keçirib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası və bölgə kardioloqları onun həyatını xilas edib, daha sonra Bakıdakı Mərkəzi Klinik Xəstəxanasında KT Angioqrafiya edilib. Müxtəlif xəstəxanalarda fərqli diaqnozların qoyulması onu çaşdırıb. Hazırda Xaçmaz həkimi Eldar Əlifxanovun nəzarəti altında yataq şəraitində müalicəsini davam etdirir.Bizim.Media-ya açıqlamasında Müqəddəs Mehdiyev bildirib ki, siyası fəaliyyətinin 40, media fəaliyyətinin isə 42 ili tamam olur və yaşadığı çətinliklərə baxmayaraq dövlətinə xidmətə davam etməyə hazırdır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
bizim.media

2Mənbələr