AZ

Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 4 %-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 930 manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 740 manat, özəl sektorda isə 2 050 manat olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 4,1 %, o cümlədən dövlət sektorunda 13,4 % artıb, özəl sektorda isə 2,1 % azalıb.

2026-cı il fevral ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 33,3 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 1,2 % azdır.

Seçilən
13
1
banco.az

2Mənbələr