AZ

ANAMA işğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqları ziyarət etmək istəyənlərə müraciət ünvanlayıb  

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, vətəndaşların doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırlar. Lakin unudulmamalıdır ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur.

Həmçinin qeyd edilib ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdədir və həmin yerlərdə mina partlayışı hadisələri da baş verib. “Ona görə də hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq. Yalnız icazə verilmiş və təhlükəsiz elan edilmiş yollarla hərəkət edin, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqət edin, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməyin. tanımadığınız əşyalara toxunmayın, təhlükəli ərazilərə yaxınlaşmayın, təhlükə anında aidiyyəti qurumlara məlumat verin. Unutmayın, bir addım diqqətsizlik həyat üçün təhlükə yarada bilər ”, - deyə müraciətdə bildirilib.

Seçilən
78
15
azerbaijan-news.az

10Mənbələr