Joan Qarsianın zədəsinin xarakteri məlum olub.
Msport.az xəbər verir ki, “Barselona”nın qapıçısı Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyununda ayağından zədə alıb.
“Barselona” “Nyukasl”ı 7:2 hesabı ilə məğlub edib. Qarsia sol baldırında kiçik bir yırtıq səbəbindən iki-üç həftə oynaya bilməyəcək.
Qeyd edək ki, “Barselona” turnirin 1/4 final mərhələsində “Atletiko” ilə qarşılaşacaq.