AZ

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları artıb

Bu ilin yanvar-fevral aylarında il Azərbaycandan hava nəqliyyatı ilə 607 min və ya əvvəlki ilə nisbətən 4,4% çox sərnişin daşınıb.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 22,4% azalaraq 51,4 min ton olub.

Xatırladaq ki, ötən il Azərbaycandan hava nəqliyyatı ilə 4162,1 min və ya əvvəlki ilə nisbətən 2,9% çox sərnişin daşınıb. Hesabat dövründə yükdaşıma 6,6% azalaraq 391,2 min ton olub.

Seçilən
41
7
apa.az

8Mənbələr