AZ

Lukaşenko ABŞ-yə səfər edəcək

Lukaşenkonun ABŞ-yə səfəri müzakirə olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin ofisinə yaxın olan "Birinci Pool" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidentinin xüsusi elçisi Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Vaşinqtona mümkün səfər məsələsini müzakirə edib.

"Biz həmçinin Prezident Lukaşenkonun ABŞ-yə mümkün səfərini müzakirə etdik və bunun təşkili üçün çalışacağıq", - deyə Koul bildirib.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Lukaşenkonu tez-tez "yaxşı dostu, hörmətli dünya lideri" adlandırır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
49
6
redaktor.az

8Mənbələr