AZ

Elmar Qarayevə yüksək vəzifə verildi

Samux Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Firdovsi Əliyev özünə yeni müavin təyin edib.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı, o, müvafiq əmr imzalayıb.

Məlumata görə, Elmar Qarayev başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, yeni təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.


Bizim.Media

Seçilən
83
1
bizim.media

2Mənbələr