AZ

"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"

style='margin-bottom:10px;'>

İran Futbol Federasiyası Mehdi ABŞ-la hərbi münaqişə səbəbindən DÇ-2026-nı boykot etmək niyyətində deyil.

QOL.az "AI Jazeera"ya istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Mehdi Tac danışıb. O deyib:

"Milli komanda hazırda Türkiyədə təlim-məşq toplanışı keçirir. Yığmamız orada 2 yoxlama matçı da oynayacaq. ABŞ-ı boykot edəcəyik, amma dünya çempionatını yox".

DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Daha əvvəl Mehdi Tac FİFA-ya müraciət ünvanladıqlarını, DÇ-2026-ya ev sahibliyinin ABŞ-dan alınmasını istədiklərini demişdi. FİFA isə matçların yerinin dəyişdirilməsini planlaşdırmadıqlarını açıqlamışdı. 

Seçilən
38
1
teleqraf.com

2Mənbələr