AZ

Əraqçi bu ölkələrin XİN rəhbərləri ilə telefon danışıqları APARDI

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyə, Misir və Pakistanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı Əraqçi "ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzü və onun regional və qlobal nəticələrini" müzakirə edib.

Əraqçi bildirib ki, Amerika və İsrailin İran infrastrukturuna hücumları gərginliyi artırmaq və regionu qeyri-sabitləşdirmək məqsədi daşıyır. O, bu təhdidlərə qarşı mübarizə aparmaq üçün regional ölkələr arasında sayıqlıq və koordinasiyanın vacibliyini vurğulayıb.

Nazir həmçinin "Amerika və İsrailin ehtiyatsız və terrorçu davranışının ağır nəticələrinə" diqqət çəkərək, İran İslam Respublikasının milli suverenliyini və vətəndaşlarının təhlükəsini qorumağın əhəmiyyətini qeyd edib.

Yunis Abdullayev

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
cebheinfo.az

3Mənbələr