AZ

Elektron məlumatlar cinayət işlərində sübut kimi tanınacaq

Bakı. Trend:

Elektron məlumatlar cinayət işlərində sübut kimi tanınacaq.

Trend xəbər verir ki, bu, Prezident İlhamƏliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının CinayətMəcəlləsində və Azərbaycan Respublikasının Cinayət-ProsessualMəcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksinitapıb.

Dəyişikliyə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edənhalların müəyyən edilməsinə kömək edən elektron verilənlər, ocümlədən abunəçi məlumatları, trafik və ya məzmun verilənləricinayət prosesini həyata keçirən orqanın qərarı iləCinayət-Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla elektronformada sübut hesab edilə biləcək.

Elektron verilənlər cinayət-prosessual qanunvericiliyintələblərinə riayət etməklə əldə edildikdə sübut kimi qəbul ediləbiləcək.

Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar(Cinayət-Prosessual Məcəlləyə əsasən mühafizəsinin təmin edilməsiüçün verilməsi halları istisna olmaqla) cinayət prosesini həyatakeçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatınmateriallarına əlavə ediləcək və işin bütün saxlanma müddətiərzində işdə saxlanılacaq.

Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılartamlığı və təhlükəsizliyi təmin ediləcək şəkildə qorunubsaxlanılmalıdır.

Götürülmüş və işə əlavə edilmiş elektron formada sübutları cariuçot, hesabat və digər hüquqauyğun məqsədlər üçün qanuni sahibtələb etdikdə ona həmin elektron formada sübutlardan və ya onlarınsaxlanıldığı daşıyıcılardan müvəqqəti istifadə etmək və ya elektronverilənlərin surətini çıxarmaq imkanı verilməlidir.

Məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdənsonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibiüzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdənsonra cinayət təqibi üzrə icraatın materiallarında olan elektronformada sübutlar və ya onların saxlanıldığı daşıyıcılar qanunisahiblərinin xahişi ilə onlara qaytarıla biləcək. Bu haldamüstəntiq, prokuror və ya məhkəmə qaytarılan elektron formadasübutların surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli vəcinayət təqibi üzrə icraatın materiallarında saxlamalıdır.

Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən informasiya vəkommunikasiya texnologiyaları sistemində, onun hissələrində və yadaşıyıcılarda saxlanılan elektron verilənlərin, o cümlədən xidmətprovayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının,trafik və məzmun verilənlərinin) itkiyə və ya modifikasiyaya məruzqalmasının qarşısını almaq məqsədilə cinayət prosesini həyatakeçirən orqanın qərarı əsasında beynəlxalq təhlükəsizlikstandartlarına uyğun olaraq şifrləmə və ya digər müvafiq texnikitədbirlər görüləcək. Cinayət prosesini həyata keçirən orqanın bubarədə qərarında şifrləmə və ya digər texniki tədbirin obyekti,məzmunu, müddəti, şərtləri, tədbirlərin görülməsi tapşırılanşəxslər və əhəmiyyət kəsb edən digər hallar göstəriləcək. Şifrləməvə ya digər texniki tədbirlər sahibliyində müvafiq elektronverilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayətprosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslərtərəfindən görüləcək.

Yuxarıdakı abzasda nəzərdə tutulan elektron verilənlərinşifrləmə və ya digər müvafiq texniki tədbirlər tətbiq edilsə də,itkiyə və ya modifikasiyaya məruz qala biləcəyini güman etməyəkifayət qədər əsaslar olduqda cinayət prosesini həyata keçirənorqan sahibliyində belə elektron verilənlər olan fiziki, hüquqi vəya vəzifəli şəxsə həmin elektron verilənlərin, o cümlədən xidmətprovayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının,trafik və məzmun verilənlərinin) 90 gündən çox olmayan müddətərzində mühafizə və toxunulmazlığının təmin edilməsinintapşırılması barədə qərar qəbul edə biləcək. Bu müddət cinayəttəqibi üzrə icraat başa çatanadək uzadıla biləcək. Cinayətprosesini həyata keçirən orqanın qərarında mühafizə edilməsinəzərdə tutulan elektron verilənlərin məzmunu, mühafizənin müddəti,şərtləri, mühafizənin təmin edilməsi tapşırılan şəxslər vəəhəmiyyət kəsb edən digər hallar göstəriləcək. Mühafizənin təminedilməsi ilə bağlı tədbirlər sahibliyində müvafiq elektronverilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayətprosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslərtərəfindən görüləcək.

Elektron verilənlərin mühafizəsi tapşırılmış şəxs bu cürprosedurların həyata keçirilməsi ilə bağlı konfidensiallığıqorumalıdır.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
78
10
az.trend.az

10Mənbələr