AZ

General Den Keyn: Biz hər gün İran ərazisinin daha dərinliklərinə hücum edirik

Bakı, 19 mart, AZƏRTAC

ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi məqsədlərinə çatmaq üçün müəyyən edilmiş plana uyğun hərəkət edir. “Biz hər gün İran ərazisinin daha dərinliklərinə hücum edirik”, - deyə o bildirib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Keyn müdafiə naziri Pit Heqsetlə İranla bağlı birgə keçirilən brifinqdə danışıb.

Keyn, həmçinin qeyd edib ki, ABŞ İraqda İran tərəfindən dəstəklənən silahlı qruplaşmalara da qarşı zərbələr endirib.

“AH-64 helikopterləri İraqda ABŞ qüvvələrinə və ya ABŞ maraqlarına qarşı hər hansı təhdidi yatırmaq üçün İran tərəfindən dəstəklənən silahlı qruplaşmalara qarşı zərbələr endirir”, - deyə o, jurnalistlərə bildirib.

Seçilən
105
14
azertag.az

10Mənbələr