AZ

İcbari Sığorta Agentliyi ləğv edildi

ain.az bildirir, Gununsesi portalına istinadən.

İcbari tibbi sığorta sahəsində institusional dəyişiklik həyata keçirilib.

Gununsesi.info xəbər verkr ki, prezidentin müvafiq fərmanına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Eyni zamanda, sözügedən Agentlik və Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək yeni publik hüquqi şəxs – Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb.

Yeni yaradılan Agentlik icbari tibbi sığorta sisteminin tətbiqi, maliyyələşdirilməsi və idarə olunması, tibbi xidmətlərin mərkəzləşdirilmiş qaydada satın alınması, həmçinin əlilliyin müəyyən edilməsi və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsi sahəsində fəaliyyət göstərəcək.

Fərmana əsasən, bəzi funksiyalar digər qurumlara ötürülüb.

Belə ki, dərman və tibbi vasitələrlə təminatla bağlı səlahiyyətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə, reabilitasiya xidmətləri isə Sosial Xidmətlər Agentliyinə verilib.

Qeyd edək ki, yeni Agentliyin fəaliyyəti dövlət büdcəsi və icbari tibbi sığorta fondu hesabına maliyyələşdiriləcək və onun idarə olunması İdarə Heyəti tərəfindən həyata keçiriləcək.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
icma.az

1Mənbələr