AZ

Uşaqların xoşladığı bu qida ürəyin bir nömrəli dərmanı imiş

"Popkornun istehlakı həzmi yaxşılaşdırır və təhlükəli xəstəliklərin profilaktikasına kömək edir".

Far.Az xəbər verir ki, bu sözləri qidalanma mütəxəssisi və dietoloq Tim Spektor "Daily Mirror" nəşrinə bildirib.

Ekspert əlavə edib ki, popkornun faydası onun yüksək lif (sellüloza) tərkibi ilə bağlıdır:

"Belə ki, 100 qram bu məhsulda təxminən 14,5 qram qida lifləri var. Bu liflər bağırsağın fəaliyyətini yaxşılaşdırmaq, qanda şəkərin səviyyəsini normallaşdırmaq və xroniki xəstəliklərin riskini azaltmaq üçün vacibdir".

Spektorun sözlərinə görə, rasionda lif miqdarının hətta az da olsa artırılması ürək sağlamlığına müsbət təsir göstərə bilər. Maksimum fayda üçün o, əlavə şəkər və yağsız popkorn seçməyi, həmçinin rasionu liflə zəngin digər məhsullarla - lobya, moruq, avokado və noxudla zənginləşdirməyi tövsiyə edib.

Seçilən
46
1
far.az

2Mənbələr