AZ

Suraxanı rayonunda yeni salınan park sakinlərin istifadəsinə verildi - FOTOLAR

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Suraxanı rayonu, Əmircan qəsəbəsində salınan yeni park martın 19-da bayramlar ərəfəsində sakinlərin istifadəsinə verilib. 

"Unikal" xəbər verir ki, parkın açılışı münasibətilə təşkil olunan tədbir əsl bayram abu-havasında keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.

 

Novruz ənənələrini əks etdirən tədbirdə qəsəbə nümayədəliklərinin və bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, məktəbəqədər, tam orta ümumtəhsil və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən qurulan rəngarəng Novruz guşələri milli adət-ənənələrimizi, qədim bayram mədəniyyətimizi əyani şəkildə nümayiş etdirib.

Qeyd edək ki, park ərazisində 1500 metr uzunluğunda səki, 3000 kv.m asfalt örtüyü və 350 kv.m beton örtüyü salınmışdır. Parkda uşaqlar üçün əyləncə zonası yaradılmış, 11 ədəd idman qurğusu quraşdırılmışdır. Sakinlərin istirahətinin təşkili məqsədilə 3 ədəd söhbətgah, 30 ədəd oturacaq və 30 ədəd tullantı qabı yerləşdirilmişdir. Həmçinin, parkın ərazisində estetik görünüşün artırılması məqsədilə dekorativ heyvan fiqurları quraşdırılmışdır. Bundan əlavə, 2500 kv.m sahədə yaşıllıq örtüyü salınmış, 600 ədəd Eldar şamı, sərv və akasiya ağacları, eləcə də 300 ədəd müxtəlif növ kol bitkiləri əkilmişdir.

Seçilən
4
4
unikal.az

10Mənbələr