AZ

Ronen Kraus Yonca mərkəzini ziyarət edib və Novruz münasibətilə ərzaq bağlamaları təqdim edib

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin Azərbaycandakı səfiri Ronen Kraus və onun müavini Aviv Zel Bakıdakı "Yonca" Psixoloji Dəstək və İnkişaf Mərkəzini ziyarət edib, Novruz bayramı ərəfəsində ərzaq bağlamalarının təqdim edilməsində iştirak ediblər.

"Report" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində bildirib.

"Yonca" Psixoloji Dəstək və İnkişaf Mərkəzi ehtiyacı olan uşaqlara və ailələrə dəstək göstərən mühüm təşkilatlardan biridir. Ərzaq bağlamaları Novruz bayramı ərəfəsində mərkəzin yardım etdiyi ailələr arasında paylanacaq", - məlumatda bildirib.

Səfirlik həmçinin Novruz bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edib: "Qoy bu bayram hər evə sülh, sevinc və firavanlıq gətirsin".

"Bu əhəmiyyətli ziyarət İsrail və Azərbaycan arasında dostluq, həmrəylik və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin möhkəmləndiyini bir daha nümayiş etdirir", - qurum əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
2
baku.ws

3Mənbələr