AZ

İran ilk dəfə olaraq ABŞ yə məxsus F 35 i vurdu Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İranın tarixdə ilk dəfə olaraq ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil F-35 qırıcı təyyarəsini vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın rəsmi dövlət radiosu (VOI) məlumat yayıb.

Məlumata görə, təyyarə İran üzərində döyüş tapşırığı yerinə yetirərkən zədələnib və regiondakı ABŞ aviabazalarından birinə məcburi eniş edib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) faktı təsdiqləyərək, pilotun vəziyyətinin stabil olduğunu və insidentin araşdırıldığını bildirib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji nöqtələrini hədəf alıb. İsrail Milli Təhlükəsizlik Nazirliyinin binasına və “Kanal 13” telekanalının Təl-Əviv ofisinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
2
qafqazinfo.az

3Mənbələr