AZ

Mbappe, Kante və Şevalye Braziliya ilə yoldaşlıq oyunu üçün Fransa millisinin heyətinə daxil ediliblər

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa Futbol Federasiyası rəsmi saytında Braziliya və Kolumbiya ilə yoldaşlıq oyunları üçün milli komandanın heyətini açıqlayıb.

İdman.Biz bildirir ki, oyunlar 26 və 29 mart tarixlərində keçiriləcək. Didye Deşamın komandasının “selesao” ilə oyununun ABŞ-ın Massaçusets ştatının Foksboro şəhərində keçirilməsi planlaşdırılır.

Qapıçılar: Luka Şevalye (PSJ), Mik Meynyan (Milan), Brays Samba (Renn).

Müdafiəçilər: Luka Din (Aston Villa), Malo Qusteau (Çelsi), Lukas Hernandes (PSJ), Teo Hernandes (Əl-Hilal), İbrahima Konate (Liverpul), Pyer Kalulu (Yuventus), Vilyam Saliba (Arsenal), Dayot Upamekano (Bavariya).

Yarımmüdafiəçilər: Manu Kone (Roma), Adrien Rabiot (Milan), Eduardo Camavinga, Aurelien Tchouameni (hər ikisi Real Madrid), Warren Zaire-Emery (PSJ), N'Qolo Kante (Fenerbahçe).

Hücumçular: Maqnes Akliuş (Monako), Usman Dembele, Dezier Due (hər ikisi PSJ), Rayan Çerki (Mançester Siti), Uqo Ekitiike (Liverpul), Randal Kolo Muani (Tottenhem), Kilian Mbappe (Real Madrid), Maykl Olişe (Bavariya), Markus Türam (İnter).

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
1
icma.az

2Mənbələr