AZ

Rusiya NATO ilə toqquşmaya hazırlaşır- Şok sənəd ortaya çıxdı

Rusiyada irəli sürülən yeni qanun layihəsi beynəlxalq səviyyədə ciddi narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, bu sənəd Rusiya prezidentinə xaricdə yaşayan və ya olan vətəndaşların “müdafiəsi” adı ilə ordudan istifadə etmək səlahiyyəti verir.

Layihəyə görə, əgər hər hansı ölkədə Rusiya vətəndaşı xarici və ya beynəlxalq məhkəmələr tərəfindən həbs edilərsə və ya təqib olunarsa, Kreml bunu hərbi müdaxilə üçün əsas kimi təqdim edə bilər.

Bu isə faktiki olaraq Rusiyaya istənilən ölkəyə, o cümlədən NATO üzvü dövlətlərə qarşı hərbi əməliyyatlara başlamaq üçün hüquqi mexanizm qazandırır. Sənədin qəbul ediləcəyi təqdirdə, Moskvanın “vətəndaşların müdafiəsi” arqumentindən istifadə edərək daha genişmiqyaslı addımlar ata biləcəyi bildirilir.


Musavat.com

Seçilən
47
36
musavat.com

10Mənbələr