AZ

ABŞ kəşfiyyatından xəbərdarlıq: 4 ölkə Amerikaya zərbə endirə bilər

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Milli Kəşfiyyat Direktoru tərəfindən hazırlanan 2026-cı il Qlobal Təhdid Hesabatında Çin, Rusiya, Şimali Koreya və İranın ABŞ ərazisini vura biləcək potensiala malik olduğu bildirilib.

Hesabatda qeyd olunur ki, ABŞ üçün ən böyük rəqib Çin, ən yaxın təhlükə isə Rusiyadır. Şimali Koreyanın nüvə və ballistik imkanlarının da ciddi risk yaratdığı vurğulanır.

Sherg.az xəbər verir ki, sənəddə bu ölkələrin ABŞ-ni strateji rəqib və potensial düşmən kimi gördüyü, zaman-zaman aralarında əməkdaşlığın mümkün olduğu qeyd edilir.

İranla bağlı hissədə isə bildirilir ki, 2025-ci ilin iyunundan sonra Tehranın nüvə zənginləşdirmə fəaliyyətini bərpa etməsinə dair addım qeydə alınmayıb. Bununla belə, ölkənin regionda ABŞ və müttəfiqlərinə qarşı hücum imkanlarını qoruduğu vurğulanır.

Hesabatda həmçinin Çin-in qlobal təsirini artırdığı, Rusiyanın isə ABŞ maraqlarına qarşı təzyiq imkanlarını saxladığı qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
139
sherg.az

1Mənbələr