AZ

Avropa Komissiyası Ukrayna üçün 90 milyard avroluq paketi həyata keçirmək istəyir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 20 mart, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orbanın mövqeyi səbəbindən Kiyev üçün 2026–2027-ci illər üzrə nəzərdə tutulan 90 milyard avroluq hərbi maliyyələşdirmə hələ də bloklanıb. Bununla belə, Avropa İttifaqı bu vəsaiti “bu və ya digər şəkildə” Ukraynaya ayırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu vəsait bir liderin mövqeyinə görə bloklanıb. Lakin biz bu pulu bu və ya digər şəkildə Ukraynaya göndərəcəyik”, – deyə o vurğulayıb.

Ursula fon der Lyayen vəsaitin hansı mexanizmlə və nə vaxt ayrılacağına isə aydınlıq gətirməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
50
azertag.az

10Mənbələr