ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Braziliya prezidenti Luis İnasio Lula da Silva beynəlxalq ictimaiyyəti ABŞ administrasiyasının özünü planetin “sahibi” kimi aparmasına imkan verməməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, dövlət başçısı ictimai çıxışı zamanı bildirib ki, heç kim dünyanın ona məxsus olduğunu düşünməməli və digər regionlar üzərində nəzarət iddiası ilə çıxış etməməlidir. Onun sözlərinə görə, “Qrenlandiya, Panama kanalı, Kuba və ya Venesuelanın ələ keçirilməsi barədə danışmaq qəbuledilməzdir”.
Lula da Silva vurğulayıb ki, dünyaya müharibə yox, sülh lazımdır. O, həmçinin qeyd edib ki, aparıcı ölkələr xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət etməyi öyrənməlidirlər.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr Tehran daxil olmaqla ölkənin ən iri şəhərlərinə endirilib. Ağ ev hücumları Tehrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan etdi. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə də zərbələr endirildi.
İrana endirilən zərbələr nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyindəki bir neçə digər əsas şəxs həlak oldu.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.