AZ

Göygöl baharı qarşılayır

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Novruz şənliyi keçirilib.

Şənlikdə çıxış edən RİH-in başçısı Vüqar Novruzov tədbir iştirakçılarını və qonaqları bayram münasibətilə təbrik edərək Novruzun minilliklər boyu xalqımızın milli-mənəvi dəyərlərini və adət-ənənələrini yaşadan, birlik və həmrəyliyi möhkəmləndirən bayram olduğunu və bu əziz bayramın xalqımızın zəngin mədəni irsini, qədim köklərini və milli kimliyini özündə yaşatdığını qeyd etmişdir. Bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev milli irsimizə, milli ənənələrimizin qorunmasını hər zaman xüsusi diqqətdə saxlamış, Novruz bayramının dövlət səviyyəsində geniş qeyd olunmasına dəstək vermişdir: "Beləliklə, bu qədim el bayramına rəsmi dövlət statusu qazandırmışdır. Bu gün həmin ənənə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir və biz müstəqil və qüdrətli Azərbaycanda belə gözəl bayramları böyük qürur və sevinc hissi ilə qeyd edirik". Bayram şənliyi respublikanın tanınmış incəsənət ustalarının çıxışları ilə davam etmişdir. 

S.ƏLİYEV,                                  

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr