AZ

“Peyğəmbərin nəslindənəm” − Mehmet Ali Erbil


Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil Məhəmməd Peyğəmbərin nəslindən olduğunu iddia etməklə gündəmə gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Nil Gülsümün proqramında danışıb.
Verlişdə ailə mənşəyinə toxunan Ərbil, babasının şeyxin nəvəsi olduğunu bildirib:
“Mərhum babam şeyxin nəslindən idi, ona görə də təbii ki, mənim nəslim də eynidir”.
Aparıcı Nil Gülsüm “Deməli, sən də Peyğəmbərin nəslindənsən” dedikdə, Ərbilin bu fikri təsdiqləməsi sosial mediada tez bir zamanda gündəmə çevrilib.
Qeyd edək ki, Mehmet Ali Erbilin mənşəyi İraqdır. Babası kürd Şeyx Esede Erbili, 1835-ci ildə İraqın Ərbil şəhərində anadan olub. Atası məşhur aktyor Səadəttin Ərbildir.
Seçilən
35
1
yeniavaz.com

2Mənbələr