AZ

Karlson üç liderin adını çəkdi: müharibə haqda xəbərdarlıq etdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Avropa Rusiya ilə müharibədə qalib gələ bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson “The Economist” jurnalına müsahibəsində deyib.

“Mən yalançı, xalqını aldadan Avropa siyasətçilərinə qəzəbliyəm. Böyük Britaniyanın Baş naziri Kir Starmer , Almaniya kansleri Fridrix Merz və Fransa Prezidenti Emmanuel Makron guya Rusiya təhlükəsi barədə danışaraq vətəndaşlarının diqqətini ölkələrində baş verən fəlakətlərdən yayındırırlar.

Mən bundan nifrət edirəm. Onların Rusiya ilə müharibə etmək niyyəti yoxdur və hətta belə etsələr belə, qalib gəlməyəcəklər. Bu, sadəcə bir faktdır”, – jurnalist bildirib.

Karlson, həmçinin Rusiyanı məğlub edə biləcəklərinə inanan avropalılara istehzalı şəkildə “uğurlar” arzulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
118
globalinfo.az

1Mənbələr