AZ

Rəfail Becanov: “Bu, idarəetmədə yeni dövrün başlanğıcıdır”

“Dövlət qulluqçularının baza maaşının artırılmasına idarəetmədə keyfiyyət göstəricilərini və açıqlıq prinsiplərini yüksəldən strateji qərar kimi baxmaq daha doğru olar. 

İdarəetmə sistemində sadə və aydın, nəticəyə fokuslanan yanaşmalar xüsusi əhəmiyyət daşıyır. Mürəkkəb və çətin mexanizmlərin sadələşdirilməsi, aydın formaya salınması effektivliyi artıran daha səmərəli varinatdır. 

Bu mexanizmlərin tətbiqinin açıq və şəffaf müstəvidə dayanıqlığı təmin edildikcə, vətəndaşların öz dövlətlərinə olan inamı da artır. Nəticədə cəmiyyət və dövlət arasında qarşılıqlı etimad yüksəlir və möhkəm inam formalaşır”. 

Bunu “Cebhe.info” Xəbər Portalı və “Cümhuriyət” qəzetinin rəhbəri Rəfail Becanov deyib. Qeyd edib ki, maaşların baza hissəsinin artırılması sosial ədalət prinsipinin təmin olunması və məsuliyyət hissinin gücləndirilməsi baxımından da əhəmiyyətlidir:

“Təminatın zəif olması məsuliyyəti də zəiflədə, işə mühitinə mənfi təsir edə bilər. Sosial rifahın yüksəlməsi isə başqa bir mühit yaradır və məsuliyyətli yanaşmanı təmin edir. Öz əməyinin adekvat olaraq qarşılığını alan şəxslərin, qulluqçuların təşəbbüskarlığı artır, məsuliyyəti daha çox olur. İş keyfiyyəti yüksəlir, ictimai münasibətlərin daha müsbət inkişafına imkan yaranır. 

Beləliklə, “minimum səviyyədə işləmək” prinsipinə son qoyulur və yeni bir yanaşma tətbiq olunur. Dövlət qulluqçusu statusunda olan şəxs sistemin aktiv iştirakçısına çevrilir”. 

Digər bir mühüm məqam isə bu qərarın dövlət sektorunun özəl sahə ilə rəqabət qabiliyyətinin genişlənməsi və yeni imkanlar açılmasıdır: 

“Sabit və təminatlı gəlir peşəkar, savadlı və bacarıqlı kadrların dövlət sektoruna maraq göstərməsinə səbəb olur. Bu isə öz növbəsində idarəetmədə peşəkarlıq səviyyəsinin yüksəlməsinə, səmərəliliyin artırılmasına, qərarların keyfiyyəti və icra mexanizmlərinin çevik, effektiv işləməsinə müsbət təsir edir. 

Ümumiyyətlə, bu addımı dövlət idarəçiliyinin yenilənməsi, bacarıqlı kadrların bu sektora cəlb olunması, institusional potensialın güclənməsi, vətəndaşa xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində atılmış mühüm addım kimi qitmətləndirmək olar. 

Burada məsələ qəbul edilən texniki dəyişiklikdən yox, dövlət idarəçiliyinin fəlsəfəsini dəyişən strateji yanaşmanın tətbiqindən gedir. Sistemin yenilənməsi əsas xətt olaraq götürülür. 

Əsas məqsəd də sistemin daxilində şəffaflığın, peşəkarlığın, səmərəliliyin artırılması və məsuliyyət mexanizmlərinin gücləndirilməsidir. Bu isə nəticə etibarilə idarəetmədə keyfiyyət baxımından ciddi irəliləyiş yaradır və gələcək idarəetmə modelinin təməlini formalaşdıran vacib addıma çevrilir”.

“Cebheinfo.az”

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr