AZ

"Paxıllıq etməyin, tez qocalarsınız"

Əməkdar artist Ədalət Şükürov "Günə bax" verilişində qonaq olub.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bildirib ki, insanlar yaşlandıqca cavanlara paxıllıq etməməlidirlər:

"Həyat, zaman dəyişib. Əvvəl özümüz övlad idik, sonra ana-ata, baba-nənə olduq. Allah hamıya nəvə, nəticə, kötücəni görməyi nəsib etsin. Biz hamımız cavanlıq görmüşük. İndi isə istəyirəm ki, ömrümüz uzun olsun, o yaşlara çataq. Bu, çox çətindir. İndiki zamanda kiminsə 80-90 yaşının olduğunu eşidəndə deyirəm ki, halaldır sənə. Həyat elə tez keçir ki, baxırsan bir də görürsən cavan yaşda insanlar həyatdan köçür. O yaşa çatmaq həqiqətən bir hünərdir. Görürsən ki, 20-25 yaşlı cavan oğlandır, amma yerişi-duruşu 80 yaşlı adam kimidir. Nə hərəkət edə, nə danışa, nə də idman edə bilir. Amma elə insanlar da var ki, 80 yaşında gümrah və sağlamdır.

İnsanlar yaş artdıqca cavanlara paxıllıq etməsinlər, yoxsa tez qocalarlar. Heç kimə paxıllıq etməyin. İnsan o vaxt qocalır ki, həyatdan bezir. Gümrah və şən olun. Bizim dövrümüzdə babalar daha yaşlı görünürdülər, əsalı, saqqallı olurdular. Amma indi elə deyil. Babalar dəyişiblər, həyat tərzləri və geyimləri də fərqlənir". /axşam.az

Seçilən
50
5
bakivaxti.az

6Mənbələr